​SOCAR bu il 3,7 mlrd. kubmetr qaz hasil edib

​SOCAR bu il 3,7 mlrd. kubmetr qaz hasil edib Bu həcmin 531 mln. kubmetri iyul ayının payına düşüb
Energetika
10 Avqust , 2016 13:04
​SOCAR bu il 3,7 mlrd. kubmetr qaz hasil edib

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 3,693 mlrd. kubmetr qaz hasil olunub.

"Report" un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu il şirkət üzrə qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 7% azalıb.

Bu il şirkətin hasil etdiyi qazın 530,9 mln. kubmetri iyul ayının payına düşüb. Bu göstərici isə ötən ilin iyul ayından 12% azdır.

Cari ilin yanvar-iyul aylarında Azərbaycan üzrə isə 17,481 mlrd. kubmetr qaz hasil olunub, bunun isə 2,543 mlrd. kubmetri iyul ayının paylna düşüb. Bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.

Son xəbərlər

Orphus sistemi