​SOCAR bu il 3,1 mln. ton xam neft hasil edib

​SOCAR bu il 3,1 mln. ton xam neft hasil edib Mayda 639 min ton neft hasil olunub
Energetika
14 İyun , 2016 09:47
​SOCAR bu il 3,1 mln. ton xam neft hasil edib

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkəti 3 161,7 min ton xam neft hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, xam neft hasilatı ötən ilin müvafiq dövründən 8,7% az olub.

Beş ay ərzində hasil olunan xam neftin 639 min tonu may ayının payına düşüb ki, bu da ötən ilin mayından 9,6% azdır.

Qeyd edək ki, Azərbaycan üzrə neft hasilatı həmin dövrdə 17 544,2 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi