Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2 650,1 mln. kubmetr həcmində qaz hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 5,4% azdır.
Bu ilin 5 ayında SOCAR-ın hasil etdiyi qazın 535,6 mln. kubmetri may ayının payına düşüb. Bu isə ötən ilin may ayından 7% azdır.
Qeyd edək ki, yanvar-may aylarında Azərbaycanda qaz hasilatı ümumilikdə 12 466 mln. kubmetr olub.