SOCAR bu il 130 yeni binanı qazlaşdırıb

SOCAR bu il 130 yeni binanı qazlaşdırıb Bununla da "Azəriqaz" çoxmərtəbəli binalarda yaşayan 11,3 min ailəni qazla təmin edib
Energetika
10 Oktyabr , 2014 11:38
SOCAR bu il 130 yeni binanı qazlaşdırıb
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 130 çoxmərtəbəli yaşayış binasını qazla təmin edib. Şirkətdən "Report"a bildirilib ki, bu binalarda ümumilikdə 11 306 ailə yaşayır. 

Qeyd edək ki, 2013-cü ildə "Azəriqaz" İB 149 çoxmərtəbəli yaşayış binasını qazla təmin edib. "Azəriqaz" yalnız binanın istismara qəbul edildiyini təsdiq edən tam sənəd paketini almış çoxmərtəbəli yaşayış binalarına qaz verir. 

Son xəbərlər

Orphus sistemi