SOCAR Bolqarıstan qaz anbarının genişləndirilməsi layihəsində maraqlı olduğunu açıqlayıb

SOCAR Bolqarıstan qaz anbarının genişləndirilməsi layihəsində maraqlı olduğunu açıqlayıb SOCAR “Çiren”dəki qaz anbarının genişləndirilməsinə maraqlı olduğunu ifadə edib
Energetika
1 Oktyabr , 2016 11:54
SOCAR Bolqarıstan qaz anbarının genişləndirilməsi layihəsində maraqlı olduğunu açıqlayıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan təbii qaz anbarının genişləndirilməsində və Azərbaycan qazının burada saxlanılmasında maraqlıdır.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Energetika Nazirliyindən bildirilib.

“SOCAR “Çiren”dəki qaz anbarının genişləndirilməsinə maraqlı olduğunu ifadə edib”,- deyə Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankov və SOCAR rəsmilərinin Bakıdakı görüşündən sonra Nazirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, Bolqarıstan 200 mln.avrodan çox investisiya yatırmaqla “Çiren” anbarının həcmini iki dəfə artıraraq 2020-ci ilədək 1 mlrd.kubmetrə çatdırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi