​SOCAR: Avropadakı qaz alıcıları Türkmənistandakı satıcılarla razılıq əldə etməlidir

​SOCAR: Avropadakı qaz alıcıları Türkmənistandakı satıcılarla razılıq əldə etməlidir Azərbaycan tranzitə razı olsa da, alqı-satqı prosesinə qarışmır
Energetika
15 İyul , 2015 18:42
​SOCAR: Avropadakı qaz alıcıları Türkmənistandakı satıcılarla razılıq əldə etməlidir

Bakı. 15 iyul. REPORT.AZ/ Trans-Xəzər qaz boru kəmərinin inşası layihəsinin maliyyələşdirilməsinin bir çox variantı mövcuddur. Bu, Avropa Komissiyası, Türkmənistan, Azərbaycan, Rusiya, Almaniya, yaxud hər hansı konkret şirkətlər və ya konsorsiumlar tərəfindən mümkündür. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

SOCAR rəsmisinin sözlərinə görə, maliyyələşmədə əsas söz sahibi satıcılardır: "Burada əsas məsələ alıcıların satıcılarla razılığından ibarətdir. Yəni Avropada qaz alıcıları Türkmənistandakı qaz satıcıları ilə razılıq əldə etməlidir. Azərbaycana gəldikdə isə tranzit məsələsini razılaşdırmalıdır. Biz buna razıyıq, amma alqı-satqı prosesinə qarışmırıq. Ona görə də hazırda biz maliyyələşmə haqda heç düşünmürük".

Son xəbərlər

Orphus sistemi