​SOCAR Avropa Payız Qaz Konfransında iştirak edəcək

​SOCAR Avropa Payız Qaz Konfransında iştirak edəcək Konfrans artıq 30 il keçirilir
Energetika
31 Avqust , 2015 18:03
​SOCAR Avropa Payız Qaz Konfransında iştirak edəcək

Bakı. 31 avqust. REPORT.AZ/ Noyabrın 17-19-da Cenevrədə (İsveçrə) Avropa Payız Qaz Konfransı (EAGC) keçiriləcək. "Report" xəbər verir ki, konfransda Azərbaycanı Dövlət Neft Şirkətinin (SOCAR) Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təmsil edəcək.

Məlumata görə, konfransda regional geosiyasi məsələlər, makroekoloji problemlər, Avropanın qaz təchizatı zəncirinə daxil olan ayrı-ayrı kəmərlər müzakirə mövzusu olacaq.

Qeyd edək ki, 30-cu ildir keçirilən konfrans ötən il Londonda (Böyük Britaniya) reallaşıb.

Son xəbərlər

Orphus sistemi