SOCAR Astara magistral qaz kəmərləri sahəsində mülki müdafiənin məşqini keçirib
SOCAR Astara magistral qaz kəmərləri sahəsində mülki müdafiənin məşqini keçiribMəşqdə qaz təsərrüfatı işçiləri, polis, yanğınsöndürənlər, həkimlər və s. iştirak ediblər
Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsində “Mümkün fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, Astara rayon mülki müdafiə xidmətləri ilə qarşılıqlı fəaliyyət” mövzusunda məşq keçirilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdə Astara magistral qaz kəmərləri sahəsinin şəxsi heyəti, rayon Polis İdarəsi, Yanğından Mühafizə İdarəsi, eləcə də Mərkəzi Xəstəxana, Gigiyena-Epidemiologiya Mərkəzi və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Məşq zamanı şərti olaraq işçilərin təxliyəsi, yanğının söndürülməsi, təxribat qrupunun zərərsizləşdirilməsi, magistral qaz xətlərində qəza bərpa işlərinin aparılması və xəsarət alanlara ilkin tibbi yardım göstərilərək onların tibb müəssisələrinə göndərilməsi əməliyyatları həyata keçirilib.
Məşq Qaz İxrac İdarəsinin rəhbərliyi tərəfindən izlənilib və şəxsi heyətin hazırlığı müsbət qiymətləndirildirib.