SOCAR: "ASAN xidmət" mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə bağlı daxil olmuş 47 134 müraciət həllini tapıb

SOCAR: "ASAN xidmət" mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə bağlı daxil olmuş 47 134 müraciət həllini tapıb Bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək
Energetika
6 Noyabr , 2015 18:01
SOCAR: ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə bağlı daxil olmuş 47 134 müraciət həllini tapıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 47 134 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin hamısı tam icra edilib:

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək".   

Son xəbərlər

Orphus sistemi