​SOCAR: "ASAN Xidmət" mərkəzlərində qazla bağlı 6 213 müraciət həllini tapıb

​SOCAR: "ASAN Xidmət" mərkəzlərində qazla bağlı 6 213 müraciət həllini tapıb SOCAR: " Azəriqaz" bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək
Energetika
8 İyul , 2016 12:58
​SOCAR: ASAN Xidmət mərkəzlərində qazla bağlı 6 213 müraciət həllini tapıb

Bakı. 8 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzlərinə təbii qazla bağlı ümumilikdə 6 213 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi