SOCAR: "ASAN Xidmət" mərkəzlərində bu il 51,7 mindən artıq müraciət həll olunub

SOCAR: "ASAN Xidmət" mərkəzlərində bu il 51,7 mindən artıq müraciət həll olunub "Azəriqaz" İB-dən tələb olunan məlumatların əldə olunması və abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 51 717 müraciət daxil olub
Energetika
14 Dekabr , 2015 13:12
SOCAR: ASAN Xidmət mərkəzlərində bu il 51,7 mindən artıq müraciət həll olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 51 717 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin hamısı tam icra edilib.

Qeyd olunub ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi