SOCAR: "ASAN Xidmət" mərkəzlərində 56,2 minədək müraciət həllini tapıb

SOCAR: "ASAN Xidmət" mərkəzlərində 56,2 minədək müraciət həllini tapıb Müraciətlər “Azəriqaz”a olub
Energetika
8 Yanvar , 2016 12:18
SOCAR: ASAN Xidmət mərkəzlərində 56,2 minədək müraciət həllini tapıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən il ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə qaz təsərrüfatının işi ilə bağlı ümumilikdə 56 168 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi və “Azəriqaz” İstehsalat Birliyinin (İB) müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilmiş müraciətlərin hamısı həllini tapıb. 

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyərək Şirkətdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi