​"SOCAR-AQŞ" daha bir quyuda qazma işlərini yekunlaşdırıb

​"SOCAR-AQŞ" daha bir quyuda qazma işlərini yekunlaşdırıb "Günəşli" yatağında 30 saylı quyununn tikintisi başa çatdırılıb
Energetika
27 İyul , 2016 11:10
​SOCAR-AQŞ daha bir quyuda qazma işlərini yekunlaşdırıb

Bakı. 27 iyul. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti ‘’Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 4 094 metr olan 30 saylı quyunun tikintisini yekunlaşdırıb.

"SOCAR-AQŞ"-dən "Report"a verilən məlumata görə, Girməkialtı lay dəstəsinə qazılan quyunun inhirafı 1 328 m təşkil edir. Quyuya istismar kəməri endirilib, sementlənib və kipliyi yoxlanılıb.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda "SOCAR-AQŞ" dayazsulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Son xəbərlər

Orphus sistemi