SOCAR bu il 98 min metrə yaxın qazma işi görüb

SOCAR bu il 98 min metrə yaxın qazma işi görüb Noyabrda 5,4 min metr qazma aparılıb
Energetika
3 Dekabr , 2015 14:57
SOCAR bu il 98 min metrə yaxın qazma işi görüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 97 725 metr qazma işi görülüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 17,8% azdır. Qazma işlərinin 96 725 metri istismara, qalanı isə kəşfiyyata aid olub. 

Noyabr ayında isə SOCAR tərəfindən 5 402 metr qazma işi həyata keçirilib. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Qeyd edək ki, noyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 63 yeni quyu tikintisi başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi