​SOCAR 9 ayda 80,5 min metr qazma aparıb

​SOCAR 9 ayda 80,5 min metr qazma aparıb Sentyabrda 8288 metr qazma işi həyata keçirilib
Energetika
5 Oktyabr , 2015 13:53
​SOCAR 9 ayda 80,5 min metr qazma aparıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8288 metr qazma işi həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Bu ilin sentyabr ayında həyata keçirilən qazma işləri ötən ilin müvafiq ayından 11% az olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 80548 metr qazma işi görülüb ki, bunun da 79548 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Bu ilin 9 ayında həyata keçirilmiş qazma işləri isə ötən ilin müvafiq dövründən 18% azdır.

Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 10, ilin əvvəlindən isə 55 yeni quyunun tikintisi başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi