Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr ayları ərzində 6 mln. 214,1 min ton neft hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, neft hasilatı bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nisbətən 1,4% az alıb.
Bu ilin 9 ayında hasil olunan neftin 674.8 min tonu sentyabr ayının payına düşüb.
Sentyabr ayında hasil olunan neft ötən ilin sentyabr ayına nisbətən 1,7% az olub.