SOCAR 7,6 mln. ton neft hasil edib

SOCAR 7,6 mln. ton neft hasil edib Neft hasilatı 1,5% azalıb
Energetika
30 Dekabr , 2015 14:11
SOCAR 7,6 mln. ton neft hasil edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-noyabr ayları ərzində 7 582,1 min ton neft hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, neft hasilatı bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 1,5% azalıb.

Hesabat dövründə hasil olunan neftin 673 min tonu noyabr ayının payına düşüb. Bu ilin noyabr ayında hasil olunan neft ötən ilin noyabr ayından 1,5% az olub.

Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 8,3 mln. ton neft hasilatı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi