SOCAR 2015-ci ildə 8,2 mln. ton neft hasil edib

SOCAR 2015-ci ildə 8,2 mln. ton neft hasil edib Neft hasilatının 578 min tonu dekabr ayının payına düşüb
Energetika
1 Fevral , 2016 13:20
SOCAR 2015-ci ildə 8,2 mln. ton neft hasil edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il ərzində 8 159,7 min ton neft hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən il neft hasilatı 2014-cü ilə nisbətən 1,9% azalıb.

Hesabat dövründə hasil olunan neftin 577,6 min tonu dekabr ayının payına düşüb. Ötən ilin dekabr ayında hasil olunan neft 2014-cü ilin dekabr ayından 7,4% az olub.

Son xəbərlər

Orphus sistemi