"​Snam": TAP-da 20%-lik pay almaq üçün 400 mln. avro investisiya lazımdır

"​Snam": TAP-da 20%-lik pay almaq üçün 400 mln. avro investisiya lazımdır Şirkət TANAP layihəsi üçün də boruların daşınması xidmətini göstərməyə hazırdır
Energetika
13 İyul , 2015 18:53
​Snam: TAP-da 20%-lik pay almaq üçün 400 mln. avro investisiya lazımdır

Bakı. 13 iyul. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 20%-lik iştirak payının alınması üçün ilkin olaraq 400 mln. avro investisiya yatırmaq lazımdır. "Report"un İtaliya mediasına istinadən verdiyi xəbərə görə, bunu "Snam" şirkətinin (İtaliya) baş direktoru Karlo Malakarne (Carlo Malacarne) müsahibəsində deyib.

K.Malakarne həmçinin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün də boruların daşınması xidmətinin göstərilməsini həyata keçirə biləcəklərini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 9-da İtaliyaya səfəri çərçivəsində "Milan EXPO-2015" sərgisində çıxışı zamanı "Snam" şirkətinin TAP-da pay almaq istəməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən səhmdarlardan hansınınsa pay satmasının mümkün oluğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi