"Snam": İlk Azərbaycan qazı İtaliyaya 2020-ci ildə çatacaq

"Snam": İlk Azərbaycan qazı İtaliyaya 2020-ci ildə çatacaq Kəmərin çəkilməsi zamanı İtaliyada 2 minədək zeytun ağacının yeri dəyişdiriləcək
Energetika
8 Sentyabr , 2016 16:31
Snam: İlk Azərbaycan qazı İtaliyaya 2020-ci ildə çatacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ilk Azərbaycan qazı 2020-ci ilin yanvarında İtaliya bazarına çatacaq. 

“Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Snam S.A” şirkətinin baş icraçı direktoru Marko Alvera (Marco Alvera) deyib.

M.Alvera deyib ki, TAP-ın çəkilməsinə görə Puqlia (Puglia) ərazisində 231 zeytun ağacının yeri dəyişdiriləcək: “İlkin mərhələdə 231, sonra isə 1 700 zeytun ağacının yeri dəyişdiriləcək. Cənub Qaz Dəhlizi layihəsi 50 mlrd. ABŞ dolları dəyərindədir və bizim üçün strateji əhəmiyyətə malikdir. TAP-ın İtaliya üzrə ölkə meneceri Mişel Mario Elia (Michele Mario Elia) da ilk Azərbaycan qazının 2020-ci ildə İtaliyaya gəlib çıxacağını təsdiqləyib”.

"Snam" şirkəti SGC-nin tərkib hissəsi olan TAP-da 20% paya malikdir.

Xatırladaq ki, TAP layihəsinin digər səhmdarları isə SOCAR (20%), BP (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi