Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
26 Aprel , 2016 16:29
Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 27-də saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə” və “Hacıməlik” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Xızı rayonunun Altıağac, həmçinin Bərdə rayonunun Yeni Daşkənd və Zümürxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 

Son xəbərlər

Orphus sistemi