Səudiyyə Ərəbistanı neft hasilatını İrandan sonra dondura bilər

Səudiyyə Ərəbistanı neft hasilatını İrandan sonra dondura bilər Bunu Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman əl Səud bildirib
Energetika
1 Aprel , 2016 13:16
Səudiyyə Ərəbistanı neft hasilatını İrandan sonra dondura bilər

Bakı. 1 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı neft hasilatının yanvar ayı səviyyəsində dondurulmasına yalnız İranın analoji addım atması halında hazır ola bilər.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının ikinci varisi, şahzadə Məhəmməd bin Salman əl Səud "Bloomberg" agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan OPEC və təşkilata üzv olmayan ölkələrin görüşündə neft hasilatının bu ilin yanvar ayı səviyyəsində dondurulması məsələsi müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi