​Səudiyyə Ərəbistanı Avropa bazarında Rusiyanı sıxışdırır

​Səudiyyə Ərəbistanı Avropa bazarında Rusiyanı sıxışdırır İran Avropa bazarına ixracını 700 min/barelə çatdırmaq istəyir
Energetika
7 İyun , 2016 18:34
​Səudiyyə Ərəbistanı Avropa bazarında Rusiyanı sıxışdırır

Bakı. 7 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Avropa bazarı üçün ixrac etdiyi neftin qiymətini aşağı salmaqla İran və Rusiya kimi əsas rəqiblərini sıxışdırmağa başlayıb.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Şimal-Qərbi Avropa bölgəsi ölkələri üçün neft qiymətlərində hər barel üçün 0,35$, Aralıq dənizi ölkələri üçün isə 0,1$ endirim edəcəyini açıqlayıb. 

Qəzet Səudiyyə Ərəbistanının endirim planının Avropa bazarında rəqabətin sərtləşməsi ilə əlaqəli olduğunu bildirib. Belə ki, hazırda ərəblər Avropa bazarına gündə 800 min barel, İran isə 400 min barel neft satır. Amma, İran tərəfindən verilən proqnozlara görə, ixracın 700 min barelə qədər artırılması planlaşdırılır. Səudiyyə Ərəbistanının əsas rəqibi İran olsa da, bu qarşıdurmadan Rusiyanın da zərər görəcəyi gözlənilir.

Rusiyanın Energetika və Maliyyə İnstitutunun İqtisadiyyat departamentinin rəhbəri Sergey Aqibalobun fikrincə, "Səudiyyə Ərəbistanı neft ixrac etdiyi dünyanın hər bölgəsindən maksimum pay almaq istəyir. Avropada isə ciddi rəqabət var. Əsas rəqib isə İranla yanaşı Rusiya sayılır. Çünki Rusiya bu bölgəyə ixracı artırmağa davam edir. Məhz buna gərə Səudiyyə Ərəbistanı qiymətlərdə endirim həyata keçirir."

Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun Analitik idarəetmə departamentinin rəhbəri Aleksandr Paseçnik hesab edir ki, Səudiyyə Ərəbistanının dempinq qərarı yerli istehsalçılar olan Böyük Britaniya və Norveçə mənfi təsir göstərəcək. Amma, bu, hələ başlanğıc hesab oluna bilər. O deyib ki, biz İran tərəfinin qiymətləri ərəblərdən çox endirərməsini gözləyirik: "Belə ki, İran tərəfinin endirim potensialı var. Bu ölkə əvvəllər hər barel neftdə 1$ diskont verib."

"Qazeta.ru" agentliyi mart ayında yaydığı məlumatda İranın ağır neftinin bir hissəsinin Avropa bazarında 17 dollar/barelə satdığı bildirilib. Belə ki, o zaman neftin qiyməti 39-40 dollar/barel olub.

"Report" analitik qrupu hesab edir ki, cari qiymət strategiyası davam edərsə, rəqabət daha da kəskinləşək. Nəticədə maya dəyəri yüksək olan əsas neft hasilatçıları ABŞ, Rusiya, Kanada və Braziliya ciddi zərərlə üzləşəcək. Həmçinin Səudiyyə Ərəbistanı ilə İranın hasilatı artıracaqları gözlənilir. Bu da yaxın vaxtlarda neftin qiymətlərinə mənfi təsirini göstərəcək. Adıçəkilən iki ölkənin Avropa neft bazarında rəqabəti digər hasilatçı ölkələrə daha çox təsir edəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi