​Səudiyyə Ərəbistanı Aİ bazarı uğrunda mübarizədə Rusiya neftinə qarşı qiymətlərin dempinqinə başlayıb

​Səudiyyə Ərəbistanı Aİ bazarı uğrunda mübarizədə Rusiya neftinə qarşı qiymətlərin dempinqinə başlayıb Sentyabr ayında "Saudi Aramko" alıcılara daha aşağı qiymətə təklif etdiyi neftini dəniz yolu vasitəsilə Polşaya ixrac etməyə başlayıb
Energetika
13 Oktyabr , 2015 16:36
​Səudiyyə Ərəbistanı Aİ bazarı uğrunda mübarizədə Rusiya neftinə qarşı qiymətlərin dempinqinə başlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Avropa bazarı uğrunda Rusiya şirkətləri ilə mübarizəyə başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin bildirib.

Onun sözlərinə görə, sentyabr ayında "Saudi Aramko" alıcılara Rusiyanın "URALS" markasından daha aşağı qiymətə təklif etdiyi neftini dəniz yolu vasitəsilə Polşaya ixrac etməyə başlayıb.

"Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Polşa bazarına xam nefti Qdansk limanı vasitəsilə ixrac edərək daxil olub. Bu ölkə fəal şəkildə dempinq edir, bu isə dünya bazarında qiymətlərin dəyişilməsinin bir elementinə çevrilir", - Seçin bildirib.

"Reuters" agentliyinin ticarət dairələrindəki mənbəyi xam neft ixracı faktını təsdiqləyərək həmin neftin qiymətlərində əhəmiyyətli dərəcədə güzəştlərin olduğunu deyib. Mənbənin sözlərinə görə, xam neftin ilk partiyası sentyabrın 21-də Qdansk limanına gətirilib.

"Polşa ən azı üç partiya neft qəbul edib. Endirimlər fantastik dərəcədədir. Onlar Aİ bazarında, o cümlədən Polşada buraya İran qayıtmamış öz payını əldə etmək istəyirlər", - mənbə bildirib.

Bir qədər əvvəl "Saudi Aramko" Asiya və ABŞ alıcıları üçün endirimləri artırıb. Medium sortunun rəsmi satış qiyməti 1.9 ABŞ dolları, "Ərəb Light" markasının 1 barelə görə satış qiyməti isə 1.7 dollar aşağı salınıb. Bu isə son 3 ildə qiymətlərdə edilən maksimum endirim olub.

Son xəbərlər

Orphus sistemi