Səngəçal terminalından neft və kondensat nəqli azalıb

Səngəçal terminalından neft və kondensat nəqli azalıb Terminaldan 224 mln. bareldən artıq neft və kondensat ixrac edilib
Energetika
30 Noyabr , 2015 18:48
Səngəçal terminalından neft və kondensat nəqli azalıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin ilk üç rübü ərzində Səngəçal terminalından 224 mln. bareldən artıq neft və kondensat ixrac edilib. "Report" xəbər verir ki, bu barədə  "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

Hesabat dövründə təqribən 198 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 23,6 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri (QİBK) marşrutu, 2,2 mln. barel dəmir yolu və 0,9 mln. barel kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

Üç rübdə terminaldan həmçinin gündəlik orta hesabla 26,1 mln. kubmetr "Şahdəniz" qazı ixrac olunub.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi