​Şəkinin daha bir kəndinə ilk dəfə qaz verilib

​Şəkinin daha bir kəndinə ilk dəfə qaz verilib Kənddə 331 abonent qazla təmin olunub
Energetika
9 İyun , 2016 18:23
​Şəkinin daha bir kəndinə ilk dəfə qaz verilib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Şəki rayonunun İnçə kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 331 abonenti olan kəndin birpilləli sistem əsasında ilk dəfə qazlaşdırılması zamanı təqribən 22,4 km uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Son xəbərlər

Orphus sistemi