Səfir: "Petkim"də çalışan əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir"

Səfir: "Petkim"də çalışan əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir" İsmayıl Alper Coşğun: "Türkiyəyə xainlik edənlər cəzalarını alacaqlar"
Energetika
5 Avqust , 2016 11:51
Səfir: Petkimdə çalışan əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir

Bakı. 5 avqust. REPORT. AZ/ "Azərbaycan Türkiyənin ciddi tərəfdaş ölkəsidir, Türkiyəyə ən iri sərmayə yatıran ölkələrdən biridir". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşğun bildirib: "Petkim" layihəsi də Azərbaycanın Türkiyədə reallaşdırdığı ən mühüm layihələrindəndir".

Səfirin sözlərinə görə, Türkiyədə baş verən hadisələrlə əlaqədar "Petkim"də çalışan müəyyən əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir: "Türkiyəyə xainlik edənlər öz cəzalarını alacaqlar, bu işdə əli olmayan, vicdanı təmiz olanlar isə haqq-ədalətə qovuşacaqlar. Dövlətimiz bu işi olduqca diqqətlə araşdırır".

Son xəbərlər

Orphus sistemi