Seçin: 2035-ci ildə neftin qiyməti 175 dollara yüksələcək

Seçin: 2035-ci ildə neftin qiyməti 175 dollara yüksələcək "Nefti 50-60 dollar diapazonunda satma siyasəti uzun müddət davam edə bilməz"
Energetika
21 İyun , 2015 03:21
Seçin: 2035-ci ildə neftin qiyməti 175 dollara yüksələcək

Bakı. 21 İyun. REPORT.AZ/ "Rosneft" şirkətinin idarə heyətinin sədri İqor Seçin hesab edir ki, 2025-ci ildən sonra dünya enerji bazarında radikal dəyişikliklər baş verəcək.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ötən gün jurnalistlərin suallarını cavablandıran Seçin bildirib ki, on ildən sonra dünyada neftin qiyməti yenidən artmağa başlayacaq. "Zənnimcə, 2035-ci ildə neftin bir barreli artıq 175 ABŞ dolarına satılacaq", - deyən "Rosneft" rəsmisi bildirib ki, neft-istehsalçısı olan bəzi dövlətlərin "qara qızılı" 50-60 dollar diapazonunda satma siyasəti uzun müddət davam edə bilməz.

"Bir müddət sonra bu ölkələrin özündə kəskin gəlir çatışmazlığı yaşanacaq", - deyən Seçin, hazırda neft sənayesinə yeni sərmayə cəlb etmənin də mümkün olmadığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi