​Schlumberger: Neftin qiyməti uzun müddət orta səviyyədə qalacaq

​Schlumberger: Neftin qiyməti uzun müddət orta səviyyədə qalacaq Əgər qiymətlər hazırkı səviyyədə qalarsa, ABŞ-ın "Eagle Ford" yatağında neft hasilatı aşağı düşə bilər
Energetika
6 Oktyabr , 2015 17:21
​Schlumberger: Neftin qiyməti uzun müddət orta səviyyədə qalacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünyanın ən böyük neft-servis şirkəti olan Schlumberger kompaniyasının icraçı vitse-prezidenti Aşok Belani neftin qiymətinin uzun müddət orta səviyyədə qalacağını proqnozlaşdırır. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən uzun müddət xam neftin qiymətlərinin çox aşağı deyil, orta səviyyədə qalacağını gözləyirəm", - A.Belani Londonda Oil & Money konfransındakı çıxışında bildirib.

Onun sözlərinə görə, əgər qiymətlər hazırkı səviyyədə qalarsa, ABŞ-ın "Eagle Ford" yatağında neft hasilatı aşağı düşə bilər.

Son xəbərlər

Orphus sistemi