"Schlumberger" 10 min əməkdaşını ixtisar edir

"Schlumberger" 10 min əməkdaşını ixtisar edir Bu barədə şirkət məlumat yayıb
Energetika
22 Yanvar , 2016 18:34
Schlumberger 10 min əməkdaşını ixtisar edir

Bakı. 22 yanvar. REPORT.AZ/ "Schlumberger" şirkəti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə şirkət bu gün məlumat yayıb.

Qeyd olunub ki, 2016-cı ilin birinci yarısında şirkətin fəaliyyətində azalma gözlənilir. "Bununla əlaqədar olaraq resurs bazasına yenidən baxmaq, xərcləri, infrastrukturu səmərəli etməklə bağlı qərar qəbul edilib", - deyə şirkətin məlumatında qeyd olunub.

Qeyd edək ki, hazırda şirkətin 95 min əməkdaşı var. "Schlumberger" şirkəti neft-qaz sektoru üzrə texnologiyanın aparıcı təchizatçısıdır.

Son xəbərlər

Orphus sistemi