​"Saxo Bank": Bundan sonra neftin bahalaşması qısamüddətli olacaq

​"Saxo Bank": Bundan sonra neftin bahalaşması qısamüddətli olacaq Ole Hansen: "Dünya bazarında xam neftin qiyməti artıq maksimal həddə çatıb"
Energetika
20 May , 2015 15:59
​Saxo Bank: Bundan sonra neftin bahalaşması qısamüddətli olacaq

Bakı. 20 may. REPORT.AZ/ Dünya bazarında xam neftin qiyməti hazırkı mərhələdə artıq maksimal həddə çatıb. İlin əvvəlində qeydə alınmış qiymətlərlə müqayisədə baş verən yüksəlişin başlıca səbəbi enerji sektorunda investisiyalara olan tələbatdakı əhəmiyyətli artım olub. ABŞ-da hasilat və ehtiyat həcminin gələcək aylarda azalacağı gözlənilsə də, OPEC-in Səudiyyə Ərəbistanı və İraq kimi aparıcı üzvlərinin hasilatının davamlı artımı qlobal səviyyədə təklif artıqlığının aradan qaldırılmasını şübhə altında qoyur.

Bunu "Report"a açıqlamasında "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib: "Düşünürəm ki, qısamüddətli dövr üçün (yaxın 3-6 ayda) qiymətlərdə 10 dollar civarında korrektə riski getdikcə artır. Belə ki, qiymət artımını əsaslandıran amillərin təsiri zəifləyib. ABŞ-ın şist neft hasilatçıları sənayedə müşahidə olunan işçi və avadanlıq artıqlığı nəticəsində məsrəf baxımından iflasla üzləşib və WTI markalı neftin qiymətinin 65 dollara çatacağı halda itkiləri qarşılamaq məqsədilə istehsalı tam gücü ilə bərpa edəcəklər (hazırda WTI-nin qiyməti - 59 dollar/barel civarındadır)".

"Saxo Bank" rəsmisi qeyd edir ki, uzunmüddətli dövr üçün neftin qiyməti iqtisadi inkişafdan və dünya bazarındakı tələbatın səviyyəsindən asılıdır. Ötən ilin avqust ayından etibarən xam neft bazarında müşahidə olunan qiymətli kağızların kütləvi satışı ABŞ-da tələbin artmasına müsbət təsir etdiyi halda, əksər inkişafda olan ölkələr hələ ki, heç bir əhəmiyyətli artımla qarşılaşmayıb. Neft emalı zavodlarının son bir neçə ay ərzində gəlirli marjalarla fəaliyyət göstərməsi özəlliklə ABŞ-da xam neftə olan tələbin artmasına səbəb olub.

O.Hansen qeyd edib ki, bu ilin sonunadək WTI neftinin qiymətinin 65 dollar/barelədək bərpa olunacağı gözlənilir: "Ancaq hər hansı əhəmiyyətli geosiyasi dəyişiklik baş verməsə, ABŞ şist neft istehsalçılarının xərcləri azaltmaq imkanını nəzərə alaraq qeyd olunan göstəricidən daha yüksək artımın qısamüddətli olacağını vurğulamaq lazımdır".

Son xəbərlər

Orphus sistemi