​Şamaxının iki kəndinə ilk dəfə təbii qaz verilib

​Şamaxının iki kəndinə ilk dəfə təbii qaz verilib Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib
Energetika
2 May , 2015 17:53
​Şamaxının iki kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 2 may. REPORT.AZ/ Mayın 2-də Şamaxı rayonunun Nüyüdü və Şağyan kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Mikayıl İsmayılov və Bədəl Bədəlov, “Azəriqaz” İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 117 abonenti olan Nüyüdü kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 733 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 117 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 150 abonenti olan Şağyan kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 12 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 150 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. SOCAR prezidenti qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İctimaiyyət nümayəndələri və ağsaqqallar Nüyüdlü və Şağyan kəndlərinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi