​Saltuk Düzyol: "TANAP Türkiyə və Azərbaycanın gələcək nəsillərə qoyacaqları böyük bir miras olacaq" - VİDEO

​Saltuk Düzyol: "TANAP Türkiyə və Azərbaycanın gələcək nəsillərə qoyacaqları böyük bir miras olacaq" - VİDEO Bu məqsədə çatmaq üçün TANAP heyəti var gücü ilə çalışır
Energetika
12 Noyabr , 2015 14:18
​Saltuk Düzyol: TANAP Türkiyə və Azərbaycanın gələcək nəsillərə qoyacaqları böyük bir miras olacaq - VİDEO

Bakı. 12 noyabr. REPORT.AZ/ Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın gələcək nəsillərinə qoyacaqları böyük bir miras olacaq.

"Report" xəbər verir ki, bunu TANAP-ın Baş icraçı direktoru Saltuk Düzyol bildirib.

O qeyd edib ki, bu məqsədə çatmaq üçün TANAP heyəti var gücü ilə çalışır.

Qeyd edək ki, Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 vilayət, 67 rayon və 600 kənddən keçərək Ədirnə şəhərinin İpsala rayonunda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik boru kəməri (TAP) ilə birləşəcək.

TANAP layihəsinin həyata keçirilməsi 2011-ci il noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda elan olunub. Həmin il dekabrın 26-da isə boru kəmərinin tikintisini və boru kəmərinin idarə edilməsi üçün konsorsimun yaradılması üçün Türkiyə və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.

26 iyun 2012-ci ildə İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri (hazırkı-Prezident) Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni imzalayıblar.

2015-ci ilin martın 17-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Margvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

2018-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1850 km-dir. Kəmərin 19 km hissəsi Mərmərə dənizindən keçəcək.

TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var. 

Son xəbərlər

Orphus sistemi