“Şahdəniz” yatağından indiyədək 75 mlrd. kubmetr qaz hasil olunub

“Şahdəniz” yatağından indiyədək 75 mlrd. kubmetr qaz hasil olunub Yataqdan həmçinin 19 mln. ton kondensat çıxarılıb
Energetika
20 Sentyabr , 2016 10:03
“Şahdəniz” yatağından indiyədək 75 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 20 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından işlənməsinə başlanandan (2006-cı il) indiyədək təxminən 75 mlrd. kubmetr qaz, 19 mln. ton kondensat hasil olunub. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Nefçilər günü münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində bildirilib.

SOCAR prezidenti xatırladıb ki, ötən il yataqdan 9,9 mlrd.kubmetr qaz və 2,3 mln. ton kondensat çıxarılıb. Onun sözlərinə görə, istismar dövrünün başlandığı 2006-cı ildən 2016-cı il avqustun 1-dək yerli və xarici bazarlara bu yataqda hasil olunan 74 mlrd. kubmetrə yaxın qaz, təxminən 18,8 mln. ton kondensat nəql edilib: “Hazırda mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 29,5 mln. kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetr təşkil edir. Bizi ümumi ehtiyatları 1,2 trln.kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir”.

R.Abdullayev həmçinin qeyd edib ki, bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir: “Son 10 il ərzində Azərbaycanda qaz hasilatı 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatıb. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınıb”. 

Son xəbərlər

Orphus sistemi