​Sadəddin Qorqud: "Petkim məhsullarının satış həcmini artırmağa diqqət ayrılır"

​Sadəddin Qorqud: "Petkim məhsullarının satış həcmini artırmağa diqqət ayrılır" "Petkimə özəlləşdirmədən sonra 600 mln. dollar keyfiyyət və istehsal həcminin artımı üçün vəsait ayrılıb"
Energetika
14 İyul , 2016 12:52
​Sadəddin Qorqud: Petkim məhsullarının satış həcmini artırmağa diqqət ayrılır

Bakı. 14 iyul. REPORT.AZ/ "Petkim(PetroKimya) Holding A.Ş." fürsətlər və riskləri yaxşı dəyərləndirib, yüksək istehsal göstəricisi ilə satış miqdarını artırmağa diqqətini yönəldir".

"Report" "Fortune Türkiye"yə istinadən xəbər verir ki, bunu "Petkim"in baş direktoru Sadəddin Qorqud bildirib.

O qeyd edib ki, 21 il davam edən özəlləşdirmə müddətində şirkətin istehsal həcminə heç bir sərmayə yatırılmaması Türkiyənin neft-kimya sahəsindəki potensialından çox aşağı inkişaf göstərməsinə səbəb olub: "Fabriklərimizə özəlləşdirmədən sonra indiyədək keyfiyyət və istehsal həcminin artırılması üçün 600 mln. dollar vəsait ayrılıb. 2016-cı ilin I rübündə, xüsusilə də fevral ayının ortasından etibarən xam neftin qiyməti ilə yanaşı, xam maddə dəyərinin və məhsul qiymətlərinin artdığı müşahidə olunur. Bu trendin il ərzində davam edəcəyini və dövriyyəmizin böyüyəcəyini hesab edirik".

Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq A.Ş."-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunmuş səhmlər (15%) bazar konyunkturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi