Şabran və Neftçala rayonlarının daha 2 kəndinə qaz verilib

Şabran və Neftçala rayonlarının daha 2 kəndinə qaz verilib Daha 372 abonent qazla təmin olunub
Energetika
6 May , 2016 14:53
Şabran və Neftçala rayonlarının daha 2 kəndinə qaz verilib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Neftçala və Şabran rayonlarının daha iki kəndinə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şabran rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 139 abonentlik Günəşli kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 978 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Neftçala rayonunun 233 abonentlik Xəzərkənd kəndinə ilk dəfə təbii qaz verilməsi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında həyata keçirilmiş qazlaşdırma işləri zamanı 34 344 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi