Şabran rayonunun Mumlu kəndinə ilk dəfə qaz verilib

Şabran rayonunun Mumlu kəndinə ilk dəfə qaz verilib Kəndin 45 abonenti təbii qazla təmin olunub
Energetika
16 Fevral , 2016 16:22
Şabran rayonunun Mumlu kəndinə ilk dəfə qaz verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun Mumlu kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etdiblər.

Bildirilib ki, 45 abonenti olan Mumlu kəndinin ilk dəfə qazlaşdırılması zamanı birpilləli sistem əsasında 4 280 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi