Sabirabadın Şəhriyar kəndinə ilk dəfə qaz verilib

Sabirabadın Şəhriyar kəndinə ilk dəfə qaz verilib Kəndin 543 abonenti qazla təmin olunub
Energetika
29 Fevral , 2016 11:39
Sabirabadın Şəhriyar kəndinə ilk dəfə qaz verilib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Şəhriyar kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 543 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 46 117 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


Son xəbərlər

Orphus sistemi