Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qaz verilib

Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qaz verilib Açılış mərasimlərində rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər
Energetika
24 İyun , 2015 14:57
Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qaz verilib

Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 24-də Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimlərində rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər.

472 abonenti olan Kovlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında uzunluğu 35363 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 472 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qəzli kəndinin 646 abonentinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında uzunluğu 2874 metr olan müxtəlif diametrli polietilen və uzunluğu 47 522 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 646 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi