​Sabirabad rayonunun Əsədli kəndinə qaz verilib

​Sabirabad rayonunun Əsədli kəndinə qaz verilib Kəndin qazlaşdırılması üçün 47 min metr uzunluğunda boru çəkilib, 366 ədəd sayğac quraşdırılıb
Energetika
14 Avqust , 2015 15:10
​Sabirabad rayonunun Əsədli kəndinə qaz verilib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Sabirabad rayonunun Əsədli kəndinə təbii qazın verilişi bərpa edilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 366 abonenti olan Əsədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 47 min metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 366 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi