​Sabirabad rayonunun daha bir kəndinə qaz verilib

​Sabirabad rayonunun daha bir kəndinə qaz verilib Kəndin 350 abonenti qazla təmin olunub
Energetika
21 Sentyabr , 2015 16:03
​Sabirabad rayonunun daha bir kəndinə qaz verilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Poladtoqay kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kəndin 350 abonenti qazla təmin olunub.

Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, 350 abonenti olan Poladtoqay kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 44 876 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi