Sabah Xəzər və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyət yaranacaq

Sabah Xəzər və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyət yaranacaq Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Energetika
14 Sentyabr , 2016 20:05
Sabah Xəzər və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyət yaranacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi