Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 16-da saat 09:30-dan Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məhdudiyyət Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən qaz xəttinin yerinin dəyişdirilərək təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədardır. Təbii qaz verilişindəki fasilələr təmir işləri yekunlaşanadək davam edəcək.