Sabah üç rayonun 6 kəndində qaz kəsiləcək

Sabah üç rayonun 6 kəndində qaz kəsiləcək Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Energetika
23 Avqust , 2016 19:41
Sabah üç rayonun 6 kəndində qaz kəsiləcək

Bakı. 23 avqust.REPORT.AZ/ Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. 

SOCAR-dan "Report"a daxil olan xəbərə görə, avqustun 24-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara Magistral qaz kəmərləri sahəsinin RVO qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri yerinə yetiriləcək.

Təmir müddətində Ağsu rayonun Padar və Nəmirli, Lənkəran rayonun Rvo, Narbağı və Qrumba, Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi