Sabah Siyəzən və Xızı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Siyəzən və Xızı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq “Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq
Energetika
25 Oktyabr , 2016 19:00
Sabah Siyəzən və Xızı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Sabah Siyəzən və Xızı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 26-da saat 10.00-dan 18.00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yaşma” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Siyəzən və Xızı rayonlarının bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi