Sabah Səngəçal və Sahil qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq
Sabah Səngəçal və Sahil qəsəbələrinin qaz təchizatında fasilə yaranacaqAbşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq
Bakı. 14 iyul. REPORT.AZ/ İyulun 15-də saat 10:00-dan 18:00-dək SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Səngəçal”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Əhmədbəyli” və “Horadiz”, Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan “Report”a verilən məlumata görə, təmir müddətində Şəmkir və Fizuli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Təmir işlərinin Qaradağ rayonunun Səngəçal və Sahil qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.