Samux rayonunun üç kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq

Samux rayonunun üç kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq Məhdudiyyətlər Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin cari təmir işləri ilə əlaqədardır
Energetika
27 Avqust , 2015 15:02
Samux rayonunun üç kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 28-də saat 10:00-dan 18:00-dək Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi