Sabah Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Aparılan işlərin Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür
Energetika
9 Avqust , 2016 20:29
Sabah Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 9 avqust. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi