Sabah paytaxtın üç rayonunda su olmayacaq

Sabah paytaxtın üç rayonunda su olmayacaq Buna səbəb C.Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır
Energetika
10 Mart , 2015 18:05
Sabah paytaxtın üç rayonunda su olmayacaq

Bakı. 10 mart. REPORT.AZ/ Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işləri aparılır.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, yenidənqurma işləri ilə əlaqədar martın 11-də saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi