Sabah paytaxtın 5 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah paytaxtın 5 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Səbəb abonentlərin təbii qaza olan tələbatının təmin edilməsidir
Energetika
26 Aprel , 2016 19:27
Sabah paytaxtın 5 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 26 aprel. REPORT.AZ/ Sabah Nərimanov, Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə əlaqədar aprelin 27-də saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov rayonunun Atatürk prospekti ərazisində, Sabunçu rayonunun Pirşağı, Nardaran və Kürdəxanı qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai rayonunun Gəncə prospekti, M.Hadi küçəsi və Zığ yolu ərazisində, həmçinin Abşeron rayonunun Xırdalan və Mehdiabad qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi